Bakıda fəaliyyət göstərən İlahiyyat məscidinin bağlanması ilə bağlı məlumatlar yayılıb.
Avropa.info xəbər verir ki, dünəndən sosial şəbəkələrdə və mediada yayılan məlumatlarda İlahiyyat fakülətəsinin bu gün bağlanacağı qeyd edilir.
Məscidlə sıx əlaqəsi olan oxucularımızdan biri Avropa.info-ya müraciət edərək, bildirib ki, məscidin bağlanacağı ilə əlaqədar artıq dünəndən xəbərdarlıq edilib. Bugünkü cümə namazının qılınıb-qılınmayacağı ilə bağlı heç bir məlumat verilməyib.
Məscidin bağlanması ilə xəbəri dəqiqləşdirmək üçün Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidməti ilə əlaqə saxlamaq istədik. Ardıcıl zənglərimizə baxmayaraq, mətbuat xidmətinin rəhbəri telefonu açmadı.
Avropa.info-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə, İlahiyyat məscidinin bağlanması ilə bağlı xəbərlər həqiqətə uyğundur. Əldə etdiyimiz məlumatda İlahiyyat məcsidinin imam-camaatı Ceyhun Rüstəmovun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə çağırıldığı bildirilir.
Xəbəri bizə verən mənbə qeyd edib ki, məscidin bağlanıb-bağlanmaması ilə bağlı QMİ-yə heç bir məlumat verilməyib.
Qeyd edək ki, bir qədər əvvəl məscidə ayrılan torpaq sahəsinin bir hissəsi geri alınmışdı.
Xatırladaq ki, İlahiyyat Məscidi Yasamal rayonunda BDU-nun yataqxanaları olan ərazisində yerləşir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !