Bakıda DƏHŞƏT - 9 yaşlı uşaq küçədə transformatora girib yandı

11:14 | 11.10.2019
Bakıda DƏHŞƏT - 9 yaşlı uşaq küçədə transformatora girib yandı

Bakıda DƏHŞƏT - 9 yaşlı uşaq küçədə transformatora girib yandı

Bakıda azyaşlı küçədə elektrik transformatorunda yanıq xəsarətləri alıb.

Anews.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Babək prospektində, "Azərişıq" ASC-nin Nizami Regional Enerji Təchizatı və Satışı İdarəsinin 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib.

2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızı açıq qapıdan məntəqənin içərisinə daxil olaraq gərginliyə toxunub.


Hadisə nəticəsində Z.Əliyevanın sol yuxarı ətrafı, sol ayağının baş barmağı, sağ baldırı yanıb.

Yaralı 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb