Bakıda dəhşətli hadisə: 1 nəfər öldü - FOTOLAR

10:28 | 13.04.2019
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
"Report" xəbər verir ki, Ziya Bünyadov prospekti ilə hərəkətdə olan "Hündai Elantra" markalı avtomobil qarşıda gedən maşına dəyərək, idarəetmədən çıxıb və yol kənarındakı bordürə çırpılıb.

Nəticədə taksi fəaliyyəti ilə məşğul olan 25 yaşlı sürücü (ad və soyadı hələ ki, məlum deyil) hadisə yerində ölüb. Qəza zamanı maşında yanğın baş verib. Yanğını yoldan keçən hərbçilər söndürüblər.













































ƏTRAFLI
Hungers Bar_in-page



Hadisə şahidlərinin sözlərinə görə, sürücü yuxulu olub və maşını yüksək sürətlə idarə edib.
Qəza zamanı "Hundai"dan başqa daha iki maşına ziyan dəyib.




www.anews.az
loading...

Xəbər lenti