Şagirdi döyən mühafizəçi işdən qovulub -Yenilənib/VİDEO

13:50 | 11.06.2024
Şagirdi döyən mühafizəçi işdən qovulub -Yenilənib/VİDEO

Şagirdi döyən mühafizəçi işdən qovulub -Yenilənib/VİDEO

Bakının Səbail rayonundakı 189 nömrəli məktəbin mühafizəçisi 9-cu sinif şagirdini vurduğu iddia edilir. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
 
Tərəflər arasında baş verən əlbəyaxa davanın səbəbləri hələlik məlum deyil.
 
məsələ ilə bağlı 189- nömrəli məktəbdən anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, texniki işçinin izahatı alınıb, bu kimi halların yolverilməz olduğu bildirilib və o, işdən azad olunub.
 
Araşdırma zamanı məlum olub ki, dərsdən sonra texniki işçi bir şagirdin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) pəncərədən məktəbin arxa həyətinə düşdüyünü görüb. Yaxınlaşaraq şagirdə irad bildirib və məktəb rəhbərliyinin yanına dəvət edib. Bu zaman aralarında anlaşılmazlıq və insident yaşanıb.

Məktəb rəhbərliyi tərəfindən şagirdin valideynləri məktəbə dəvət edilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Texniki işçinin izahatı alınıb, bu kimi halların yolverilməz olduğu bildirilib və o, işdən azad olunub.

 

 
Aytac Zeynalova
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM