Bakıda “Dostlarla Oyunlara” şüarı altında aksiya keçirildi

09:39 | 11.06.2015
Bakıda “Dostlarla Oyunlara” şüarı altında aksiya keçirildi

Bakıda “Dostlarla Oyunlara” şüarı altında aksiya keçirildi

Avropa Oyunları ərəfəsində Bakının mərkəzində - Fəvvarələr meydanında "Dostlarla Oyunlara” şüarı altında növbəti maraqlı aksiya keçirilib.
 
"Report”un xəbərinə görə, gənc idmançılar şəhər sakinləri arasında yarış təşkil ediblər.

Basketbolçular və boksçular maraq göstərən hər kəsə bu idman növündə öz güclərini sınamaq imkanı yaradıblar. Aksiya hər kəsin böyük marağına səbəb olub. Yüzlərlə şəxs aksiyaya qoşulub, idmançılarla birgə Avropa Oyunlarına öz dəstəyini göstərərək yarışıblar.

Şəhər sakinləri və paytaxtın qonaqlarının iştirakı ilə keçirilən yarışın qalibləri "Bakı-2015” birinci Avropa Oyunları çərçivəsindəki basketbol və boks üzrə yarışlara biletlər qazanıblar.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM