• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Bakıda Dünya Kuboku: Azərbaycan gimnastları dörd finalda mübarizəyə qoşulurlar

Bakıda Dünya Kuboku: Azərbaycan gimnastları dörd finalda mübarizəyə qoşulurlar
23.04.2023 09:07

Bugün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kubokunun final yarışları keçiriləcək.

Yarışlar saat 11:55-də start götürəcək.

Bədii gimnastika üzrə Dünya Kubokunun final günündə altı dəst medal oynanılacaq (dördü fərdi hərəkətlərdə, ikisi isə qrup hərəkətlərində).

Həmçinin ənənəyə uyğun olaraq, qrup hərəkətlərində çıxışa görə ən yüksək xal toplamış idmançıya və komandaya AGF Trophy
Azərbaycan yığması Dünya Kubokunun dörd finalında təmsil olunur: Zöhrə Ağamirova top və gürzlərlə proqram nümayiş etdirəcək, qrup hərəkətlərində isə komanda əvvəlcə beş halqa, daha sonra isə üç lent və iki top ilə kompozisiya təqdim edəcək. Komandada Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina yer alır.

Qeyd edək ki, aprelin 21-23-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışları keçirilir. Yarışlarda dünyanın 40 ölkəsindən fərdi və qrup hərəkətləri proqramı üzrə çıxış edən 135 gimnast iştirak edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
“Qarabağ” - dan Medinanın sağlıq durumu barədə açıqlama
İdman 18:22
“Qarabağ” - dan Medinanın sağlıq durumu barədə açıqlama
"Napoli" - "Qarabağ"ı məğlub edib - Yenilənib
İdman 01:53
"Napoli" - "Qarabağ"ı məğlub edib - Yenilənib
Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub
İdman 21:09
Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol