Bakıda dünyada ən çox bəyənilən 5-ci şəhərdir

18:15 | 12.01.2018
Bakıda dünyada ən çox bəyənilən 5-ci şəhərdir

Bakıda dünyada ən çox bəyənilən 5-ci şəhərdir

Turistlər arasında populyar olan "Lonely Planet” portalı qeyri-adi arxitekturasına görə həvəskar turistlərin bəyənəcəyi şəhərlərin siyahısını açıqlayıb.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, reytinq ilk növbədə dünyanın arxitektura mərkəzləri – Paris, Nyu-York və Londonda olan və yeni marşrutlar axtaran şəxslər üçün hazırlanıb. 

Bakı reytinqdə beşinci yeri tutub. Reytinqi hazırlayanlar turistlərə İçərişəhərdə gəzməyi, Qız qalası və Heydər Əliyev Mərkəzini ziyarət etməyə məsləhət görür.

Reytinqdə ilk pilləni Barselona tutub. İkinci yerdə isə Türkiyənin ən böyük şəhəri oaln İstanbul gəlir. Növbəti yerləri müvafiq olaraq Roma və Şanxay tutur.

"Lonely Planet” ekspertləri qeyri-adi arxitekturasına görə, həvəskar turistlərin bəyənəcəyi şəhərlərin siyahısına həmçinin Braziliya, Oksford, Mayami, Mumbay və Çikaqonun adını da əlavə edib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM