Bu gün Avropa Liqasının finalında "Arsenal"la qarşılaşacaq "Çelsi"nin oyunöncəsi məşqində xoşagəlməz hadisə baş verib.
Anews.az qol.az-a istinadən xəbər verir ki, matçın oynanılacağı Bakı Olimpiya Stadionunda olan hazırlıq prosesinin gedişində əvvəlcə komanda üzvləri - Qonzalo İquainlə David Luis mübahisə ediblər. Epizodların birində braziliyalı müdafiəçiyə qarşı kobud oynayan İquain komanda yoldaşından irad eşidib. Bundan sonra tərəflər bir müddət həmin epizodu müzakirə ediblər.
Qeyd edək ki, "Çelsi" - "Arsenal" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !