Bakıda əməliyyat - Həbs edilənlər var

12:56 | 06.04.2020
Bakıda əməliyyat - Həbs edilənlər var

Bakıda əməliyyat - Həbs edilənlər var

Bakıda quldurluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə müraciət edən Qaraçuxur qəsəbə sakini H.Baxşəliyev aprelin 5-də saat 2 radələrində qəsəbə ərazisində "VAZ-21015” markalı avtomobilinə sərnişin qismində oturmuş 2 nəfərin onu yumruqla vuraraq mobil telefonunu və avtomobildə olan maqnitofonunu alıb getdiyini bildirib.

Suraxanı RPİ 31-ci PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən görülmüş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri K.Bayramov və əvvəllər məhkum olunmuş Ə.Məmiyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb