Mövsümlə bağlı Kliniki Tibbi Mərkəzə (Semaşko) daha çox tənəffüs sistemi, ürək-damar sistemi, mədə-bağırsaq sistemi, sidik ifrazı və sümük-oynaq xəstəlikləri ilə bağlı müraciətlər daxil olub.
AzVision.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Səhiyyə İdarəsinin baş terapevti Rəhilə Əliyeva deyib.
Onun sözlərinə görə, 2017-ci ilin sentyabr-dekabr aylarında mərkəzin 2 terapevtik korpusuna 378 xəstə müraciət edib.
"Ən çox müraciət ürək-damar sistemi xəstəlikləri, miokard infarktı, ürəyin işemik xəstəliyi ilə bağlıdır. Ümumilikdə ötən ilin son 4 ayında Mərkəzə 113 nəfər ürək-damar sistemi xəstəlikləri ilə bağlı müraciət edib. 2-ci yerdə bronxial astma xəstəliyi gəlir. Ötən dövrdə 30 nəfər bu xəstəliyə yoluxub. Pnevamaniya ilə bağlı 17 nəfər qeydə alınıb ki, onlar da tam müalicə olunaraq evə yazılıblar" .
R. Əliyeva qeyd edib ki, əhali arasında kəskin respirator virusları yayılıb: "Xəstəliyin ilkin əlamətləri zökəm, baş ağrısı, ümumi zəiflik, temperaturdur. Digər xroniki xəstəliklər də bunun fonunda aktivləşir. İlkin əlamətlər müşahidə edildikdə həkimə müraciət etmək lazımdır".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !