Bakıda “ərəb” ləqəbli narkotacir saxlanıldı

14:15 | 19.04.2019
Bakıda “ərəb” ləqəbli narkotacir saxlanıldı

Bakıda “ərəb” ləqəbli narkotacir saxlanıldı

Bakı şəhər sakini əvvələr dəfələrlə məhkum olunan Telman Mirzəyev saxlanılıb. 

Anews.az DİN-ə istinadən xəbər verir ki, onun əlində olan bağlamaya baxış keçirilən zaman narkotik vasitələr olan 1 kiloqram 2 qramheroin, 6 kiloqram 520 qram marixuana və 50,315 qram tiryək aşkar olunaraq götürülüb. O, narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə əldə edib.

T.Mirzəyev ifadəsində narkotik vasitəni əldə etdiyi şəxslə bir neçə il əvvəl cəzaçəkmə müəssisəsində tanış olduğunu bildirib. Qeyd edək ki, T.Mirzəyev narkotik vasitələri öz adından yox, "ərəb” ləqəbindən istifadə edərək satırmış.
T.Mirzəyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb