Bakıda “erməni” maşını ilə gəzən sürücü danışdı – AÇIQLAMA

21:26 | 20.10.2017
Bakıda “erməni” maşını ilə gəzən sürücü danışdı – AÇIQLAMA

Bakıda “erməni” maşını ilə gəzən sürücü danışdı – AÇIQLAMA

"Mən Azərbaycan bayrağı qaldıran və insanlara bayrağımı qaldırmağı məcbur edən biriyəm. Necə ola bilər ki, erməni bayrağı olan maşın sürüm?”

Turkustan.info bildirir ki, bu sözləri A24.Az-a Bakıda "erməni” maşını sürdüyü deyilən sürücü Şahin Xanəliyev deyib.

Onun sözlərinə görə, maşını Ayna Sultanovada yerləşən salonlardan birindən alıb.

"Mən Praqada yaşayıram. Bu gün səhər gəlmişəm, axşam da çıxıb gedəcəm. Mən uşaq deyiləm ki, maşının harasınasa, nəsə yapışdırım. Maşını bu cür almışam”- deyə Şahin Xanəliyev əlavə edib.

Qeyd edək ki, maşınnın üzərində Almaniya şirkəti "Euro Motor Cars”ın emblemi var. Bu da erməni bayrağının rəngləri ilə eynidir.
 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM