Bakıda ev qiymətinə 1 sot torpaq satılır - QİYMƏT

11:55 | 16.05.2019
Bakıda ev qiymətinə 1 sot torpaq satılır - QİYMƏT

Bakıda ev qiymətinə 1 sot torpaq satılır - QİYMƏT

Obyekt tikintisi üçün əlverişli ərazidir.

Bakıda şəxsi biznesini qurmaq istəyən, özünə aid obyektinin olmasını arzulayan xeyli insan var. Bunun üçün bəzən 1 sot torpaq sahəsi də yetərli olur, amma əlverişli ərazidə yerləşməsi önəmlidir. Təbii ki, bu zaman daha artıq pul xərcləmək lazım gəlir.

Anews.az hazırda Bakıda satışa çıxarılan ən bahalı torpaq sahəsini müəyyənləşdirib. 

Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsindəki "3-cü küçə” deyilən ərazidə yerləşən 1 sot torpaq 41 500 manata satışa çıxarılıb. Torpağın çıxarışı yoxdur, amma yol kənarında yerləşdiyi üçün obyekt tikmək üçün sərfəlidir. Torpağ sahəsi hasarlanıb.

Qeyd edək ki, bu, Bina.az saytında yerləşdirilmiş elanlar içində 1 sotuna görə Bakıda ən bahalı torpaq sahəsidir.(bakucity)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb