Obyekt tikintisi üçün əlverişli ərazidir.
Bakıda şəxsi biznesini qurmaq istəyən, özünə aid obyektinin olmasını arzulayan xeyli insan var. Bunun üçün bəzən 1 sot torpaq sahəsi də yetərli olur, amma əlverişli ərazidə yerləşməsi önəmlidir. Təbii ki, bu zaman daha artıq pul xərcləmək lazım gəlir.
Anews.az hazırda Bakıda satışa çıxarılan ən bahalı torpaq sahəsini müəyyənləşdirib.
Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsindəki "3-cü küçə” deyilən ərazidə yerləşən 1 sot torpaq 41 500 manata satışa çıxarılıb. Torpağın çıxarışı yoxdur, amma yol kənarında yerləşdiyi üçün obyekt tikmək üçün sərfəlidir. Torpağ sahəsi hasarlanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !