• $ 1.7
  • € 2.0154
  • ₽ 0.02043
  • ₺ 0.0412
  • £ 2.3192

Bakıda evdə məşhur aktyorun meyiti tapıldı - TƏFƏRRÜAT/FOTO

Bakıda evdə məşhur aktyorun meyiti tapıldı - TƏFƏRRÜAT/FOTO
13.12.2019 15:44
Bu gün Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat vermişdik.

Anews.az xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən mənzildə meyiti aşkarlanan 1940-cı il təvəllüdlü Atakişiyev Qorxmaz Ələkbər oğlu məşhur Azərbaycan filmi olan "Uşaqlığın son gecəsi” filmində Zaur rolunun ifaçısı olub. Ömrünün son illərini ağır maddi durumda və evsiz keçirən Qorxmaz Atakişiyev metronun "Ulduz” stansiyası yaxınlığında yerləşən Elçin İsaqzadə küçəsində kirayə tutduğu otaqda yaşayırmış.

Qonşuların bildirdiyinə görə, o yeriməkdə çətinlik çəkirmiş və son 10 gündə ümumiyyətlə ayaqları tutulub. Bir neçə gündür Q.Atakişiyevin qapısının açılmadığını görən sakinlər xilasetməyə müraciət ediblər və xüsusi üsullarla qapını açmaq mümkün olub. Məlum olub ki, 79 yaşlı kişi uzandığı divandan yıxılıb və yerindəcə keçinib.

Qeyd edək ki, Qorxmaz Atakişiyev "Uşaqlığın son gecəsi” filmində Zaur obrazını yaradıb. O, elmi fəaliyyətlə məşğul olub və bir neçə universitetdə dərs deyib.

(Publika.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zaman keçdikcə konstitusiyaya dəyişiklik zərurəti yaranır - Elşad Nəsirov
Cəmiyyət 11:20
Zaman keçdikcə konstitusiyaya dəyişiklik zərurəti yaranır - Elşad Nəsirov
Deputat: Azərbaycan təhlükəsizlik sahəsində sistemli və davamlı siyasət yürüdür
Cəmiyyət 11:01
Deputat: Azərbaycan təhlükəsizlik sahəsində sistemli və davamlı siyasət yürüdür
Süni intellektin hüquqi sahədə tətbiqi qaçılmazdır-Konstitusiya Məhkəməsinin sədri
Cəmiyyət 10:50
Süni intellektin hüquqi sahədə tətbiqi qaçılmazdır-Konstitusiya Məhkəməsinin sədri
Lənkəranda avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb
Cəmiyyət 09:17
Lənkəranda avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb
Sosial şəbəkədə azyaşlı övladına qarşı zorakılıq edən qadın məsuliyyətə cəlb olunub
Cəmiyyət 20:28
Sosial şəbəkədə azyaşlı övladına qarşı zorakılıq edən qadın məsuliyyətə cəlb olunub
Şəmkirdə iki yük maşını toqquşub, xəsarət alanlar var
Cəmiyyət 20:12
Şəmkirdə iki yük maşını toqquşub, xəsarət alanlar var
Onlayn qumar oyunları təşkil edən şəbəkə ifşa olunub - Video
Cəmiyyət 18:53
Onlayn qumar oyunları təşkil edən şəbəkə ifşa olunub - Video
Sabah bu ərazidə qaz olmayacaq
Cəmiyyət 18:19
Sabah bu ərazidə qaz olmayacaq
Külək və yağışla bağlı- Xəbərdarlıq
Cəmiyyət 17:39
Külək və yağışla bağlı- Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol