Bakıda evdən məişət əşyaları oğurlayan ələ keçdi

21:00 | 28.05.2020
Bakıda evdən məişət əşyaları oğurlayan ələ keçdi

Bakıda evdən məişət əşyaları oğurlayan ələ keçdi

Bakıda evdən oğurluq edən şəxs saxlanılıb.

Oxu.Az xəbər verir ki, hadisə Bakının Xəzər rayonu Binə qəsəbəsində yerləşən paytaxt sakin L.Mustafayevə məxsus yaşayış evində qeydə alınıb. 

Belə ki, aprelin 10-dan mayın 12-nə qədər L.Mustafayevin evdə olmadığından istifadə edən şəxs mənzildən iki min manat dəyərində məişət əşyaları oğurlayıb. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) "102” Xidməti-Zəng mərkəzinə məlumat daxil olub. 

Daxil olan məlumat əsasında, Xəzər Rayon Polis İdarəsinin (RPİ) Narkotiklə Mübarizə Bölməsi və 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən birgə əməliyyat-axtarış tədbirləri keçirilib.

Axtarış nəticəsində evdən oğurluq etməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Ş.Teymurov müəyyən olunaraq saxlanılıb. Onun üzərindən 0,690 qr heroin aşkar olunaraq götürülüb.

Araşdırma zamanı Ş.Teymurovun daha əvvəl Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkumluq həyatı yaşadığı müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb