Bakıda evlər niyə isidilmir? – SƏBƏBLƏR

15:04 | 18.11.2015
Bakıda evlər niyə isidilmir? – SƏBƏBLƏR

Bakıda evlər niyə isidilmir? – SƏBƏBLƏR

Noyabrın 15-dən mövsüm başlayandan "Azəriqaz” İstehsalat Birliyi bir çox qazanxanalarda qazın verilişini dayandırıb. 

Oxu.Az-a bu barədə "Azəristiliktəchizat”ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib. 

"Səbəb kimi isə "Azəristiliktəchizat”-ın "Azəriqaz”-a olan borcu göstərilir. Onu da qeyd edim kiyaranan borc bir günün və ya 3 günün borcu deyil. Qurum yaranan tarixə Bakı Şəhər İstilik İdarəsinin borcu olmuşdu.

Bu həmin və ondan sonra dövri yaranan borclardır. Təmsil etdiyim qurum hazırda zərərlə işləyir. Bununla belə, biz çalışırıq ki, cari borclarımızı ödəyək və onlar yığılıb qalmasın. Amma müəyyən qədər borclarımız yığılıb, bunu etiraf edirik”, - deyə qurumun rəsmisi qeyd edib. 

R.Əliyev hesab edir ki, məsələ daha sivil yollarla həll oluna bilərdi:

"Bu gün soyuq havaların davam etdiyi dövrdə xəstəxana, məktəb, uşaq bağçaları, yaşayış evlərində istiliyin dayandırılması məsələdən çıxış yolu deyil. İki dövlət qurumu arasında olan borc məsələsinə görə, sadə vətəndaşlar zərər çəkir.

Həm "Azəriqaz” həm də, "Azəistiliktəchizat” dövlət qurumudur, ən azından müraciət edib bu məsələyə hökumət səviyyəsində baxıla bilərdi. Ondan sonra, məhkəmə sivil qaydada məsələ həll olunmalı idi”.

Əliyev konkret borc məbləğinin nə qədər olmasına isə bu cür aydınlıq gətirdi:

"Bu gün borc var. Amma borcun bu gün məbləği elə də əhəmiyyət daşımır. Əsas odur ki, borc var, bunu bizdə, hökumətdə bilir. Hökumətə müraciət etmişik, məsələyə baxılır. 

Oxu.Az məsələ ilə bağlı "Azəriqaz” İB-nin də mövqeyini öyrənməyə çalışıb. 

"Təbii qazın verilişi ilə əlaqədar olaraq nəzərinizə çatdırıram ki, respublika əraizinsəd təbii qaz tələbata uyğun təmin edilib. Əhalinin mənzillərində təbii qazın verilişində heç bir məhdudiyyət problemi yoxdur. Əhali istifadə edir, mətbəxlərində vanna otaqlarında, ümumiyyətlə mənzillərində. Mavi yanacaqla bağlı heç bir məhdudiyyət yoxdur.

O ki qaldı mənzillərin istilik sistemi ilə bağlı bunu adiyyatı quruma onlar müraciət etməldirlər. Adiyyatı qurum bizə müraciət edərsə  və qazanxanaların təbii qazla təmin edilməsi texniki normativ təhlükəsizlik tələblərinə cavab verərsə,  istənilən qazanxanalara təbii qazın verilişinə biz həmişə hazırıq”, - "Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib. 

Qurum rəsmisi "Azərisitiliktəchizatın” borcu ilə bağlı yaranan suala isə cavab verməyib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM