Bakıda evlər ucuzlaşdı, bağ evləri isə bahalaşır
2018-ci ilin iyun ayında Bakıda daşınmaz əmlak bazarında qiymətlər may ayı ilə müqayisədə 1,57 faiz azalıb.
Anews.az bildirir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Ekspertin sözlərinə görə, ötən ay ərzində ucuzlaşma fərdi və bağ evləri bazarı istisna olmaqla bütün seqmentlərə təsir edib:
"Belə ki, bir ay ərzində ilkin mənzil bazarında qiymətlər 1,67 faiz, təkrar mənzil bazarında 0,21 faiz, torpaq bazarında 2,35 faiz, kommersiya obyektləri bazarında 0,52 faiz azalıb. Mənzil kirayəsi 1,24 faiz, kommersiya obyektlərinin icarəsi 1,77 faiz ucuzlaşıb. Fərdi evlər və bağ evləri bazarında isə qiymətlər iyun ayında 2,7 faiz artıb".
"Bu, yay mövsümü ilə bağlıdır. Bu zaman fəallıq əhəmiyyətli dərəcədə azalır ki, bu da qiymətlərin bir qədər düşməsinə səbəb olur. Mövsüm amili həmçinin fərdi və bağ evləri bazarında qiymət artımını şərtləndirir".
Ekspert əlavə edib ki, ötən ilin iyun ayı ilə müqayisədə daşınmaz əmlak bazarında qiymətlər 2,66 faiz artıb. Onun sözlərinə görə bu, bağ evləri bazarında bahalaşma ilə əlaqədardır:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər