Bakıda faciə - Polis əməkdaşı öldü

10:53 | 10.04.2020
Bakıda faciə - Polis əməkdaşı öldü

Bakıda faciə - Polis əməkdaşı öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
 
Anews.az-ın xəbərinə görə, qəza Qaradağ rayonu Müşfiqabad qəsəbəsində qeydə alınıb.
 
Quba rayon sakini sakini, 1998-ci il təvəllüdlü Səyyad Həzrətquliyevin idarə etdiyi "Mercedes” markalı yük avtomobili Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Ramin Cəfərovun idarə etdiyi "Changan” markalı minik avtomobili ilə toqquşub.
 
Nəticədə minik avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 
Faktla bağlı Qaradağ rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.
 
Qeyd edək ki, R.Cəfərov polis əməkdaşıdır. O, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rayon şöbələrinin birində polis nəfəri olub.APA

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb