Bakıda fərdi yaşayış evində yanğın oldu

20:30 | 03.12.2022
Bakıda fərdi yaşayış evində yanğın oldu

Bakıda fərdi yaşayış evində yanğın oldu

Bakının Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsində fərdi yaşayış evində yanğın baş verib.

Bu haqda FHN-dən məlumat verilib.

"112” qaynar xəttinə yanğın barədə məlumat daxil olub. Məlumata əsasən rayonun yanğından mühafizə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Operativ müdaxilə nəticəsində yanğın söndürülüb.

Təxminən ümumi sahəsi 50 kv.m. olan 2 mərtəbəli evin dam örtüyü yanıb.

Əlavə məlumat veriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM