Bakıda "Formula 2" yarışı keçiriləcək

10:55 | 21.05.2021
Bakıda

Bakıda "Formula 2" yarışı keçiriləcək

 Bakıda "Formul 1"lə yanaşı, "Formula 2" yarışı da keçiriləcək, bunu  Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva deyib.

O, bildirib ki,  adətən  Bakıdakı Qran-prilərdə Formula-2 keçirilmirdi, amma bu mövsüm bu yarışma da gerçəkləşəcək.
 
Nəcəf-Ağayevanın sözlərinə görə, Azərbaycan Qran-prisini mövsümün ən yaxşı yarışı kimi təşkil etməyə iddialıdır.
 
"Təşkilatçılar bütün tədbirləri görürlər ki, azarkeşlərə televiziya vasitəsilə lazımi görüntüləri təqdim etsinlər. Yarış azarkeşsiz olsa da, medianın fəaliyyəti artıb. Çünki "Formula 1"sevərlər yarış barədə onlardan məlumat alır. Hansısa yarışda yubanma və dayanma olsa belə, Qran-pri 3 saata bitməlidir. Əvvəllər hansısa yarış 4 saatadək çəkib".

Nəcəf-Ağayeva bəzi Qran-prilərin ləğv edilməsinə rəğmən, Azərbaycandakı yarışın təqvimdə yerini qorumasını sevindirici hal adlandırıb.

O, Azərbaycan Qran-prisinin müddətinin uzadılıb-uzadılmayacağına hələ aydınlıq gəlmədiyini söyləyib. 
 
"Hazırkı müqavilə 2024-cü ildə bitəcək. "Formula -1 rəhbərliyi ilə münasibətlər normal qaydadadır. Yeni sözləşmə barədə danışmaq tezdir".

Azərbaycan Qran-prisi 4 - 6 iyunda Bakıda keçiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM