Bakıda “Françeska da Rimini” baletinin premyerası – REPORTAJ

11:55 | 22.02.2016
Bakıda “Françeska da Rimini” baletinin premyerası – REPORTAJ

Bakıda “Françeska da Rimini” baletinin premyerası – REPORTAJ

 
Rüstəm Qasımov

Bir neçə gün əvvəl Azərbaycan Opera və Balet teatrının səhnəsində P.İ. Çaykovskinin Algieri Dantenin "İlahi Komediya” poemasının süjeti əsasında yaratdığı birpərdəli "Françesko da Rimini” baletinin premyerası keçirildi. 

Tamaşada əsas qadın rolunu Azərbaycanın əməkdar artisti Nigar İbrahimova (Françeska) canlandırırdı. Cotto personajını isə teatr truppasının gənc və istedadlı aktrisası Makar Ferştandt, Paolo partiyasını isə Timur Odışev ifa edirdi. 
 


Quruluşun baletmeysteri Albaniyadan olan Pellumb Ahalliyay, musiqi rəhbəri və dirijor Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssam əməkdar incəsənət xadimi Yusif Babayev idi. Yeri gəlmişkən bu balet "Müqəddəs Valentin günü” ərəfəsində baş verirdi, məhz bu səbəbdən də özünəməxsus məhəbbət himni sayıla bilər. 

Süjet barədə. "Françeska da Rimini” baletində məşhur italyan xanımı, istisna gözəlliyi olan, Ravennanın idarəçisi Qvido I da Polentanın qızının faciəvi məhəbbətindən bəhs edilir. Françeska Paolono sevirdi, ancaq 1275-ci ildə sülalə nigahı əsasında sevdiyinin paxıl qardaşı, qozbel, qısqanc tiran Cançotto Malatestə (Cotto) ərə verilir. Amma buna baxmayaraq, zorakı nigah gözəlin sevdiyinə olan hisslərini yıprada bilmir. Françeskanın əri onları güdür və hər ikisini öldürür. Cəhənnəmdə günahlarına görə cəzalanan sevgililərin ruhları birlikdə olur. Françeska da Riminin gerçək əhvalatı Renessans dövründə çox populyar olub, Dante onu ədəbiyyata gətirəndən sonra isə, ədəbiyyat və incəsənət şedevrləri arasında özünə yer tutub. Əsər ilk dəfə 15 fevral 1877-ci ildə Rubinşteynin rəhbərliyi ilə səhnələşdirilib. 1878-ci ilin 11 martında isə Peterburqda səhnəyə qoyulub və böyük uğur qazanıb. 
 


Bakıda tamaşa sərgilənən zalda boş yer tapmaq mümkün deyildi. Əsl anşlaq idi. Tamaşaya gələnlərin əksəriyyətinin gənclər, xüsusilə qızlar olduğunu görmək bir ayrı xoş cəhət idi. Bir çox valideynlər tamaşaya uşaqlarıyla birgə gəlmişdilər. 

ANN.Az xəbər portalı Azərbaycanın xalq artisti Kamilə Hüseynovanın tamaşa ilə bağlı təəssüatlarını aldı: "Teatrın truppası bu tamaşa üzərində hədsiz məsuliyyət və böyük zövqlə işləyib. Birincisi bu dahi bəstəkarın ilahi musiqisidir, ikincisi isə faciə tamaşaları artistlərimizi hər zaman cəlb edir. Qeyd edim ki, bu partiya texniki planda çox çətindir. Burada hədsiz xırdalıqlar var. Əminəm ki, bu tamaşada oynayanlar bu gecəni unudulmaz edə bildilər, qonaqlar isə səhnədə gördüklərindən zövq aldılar”. 
 
 

Əsas aktyorlar Nigar İbrahimova ilə Timur Odışevin performansı ən yüksək səviyyədə idi, o cümlədən gənc istedad Makar Ferştandtın də ifasını vurğulamaq gərəkdir. 

Konsert bitəndən sonra cuşa gəlmiş auditoriya uzun müddət artistləri buraxmaq istəmədi, onları sürəkli alqışlarla mükafatlandırdılar.
 


Bu sənət bayram gününün günahkarlarını tanımaq üçün kulisə də baş çəkdik və Azərbacan teatr sənətinin parlaq günlərindən birindən xatirə kimi şəkillər çəkdirdik.
 
Azərbaycanda balet sənətinin belə inkişafda və aktiv fəaliyyətdə olmasını görmək doğrudan da qürurvericidir. 

Elmi, təhsili, mədəniyyət və maarifçiliyi təbliğ edən ANN.Az xəbər portalı paytaxtımızda baş verən sənət hadisələrini diqqətdən kənarda qoymur. Bu dəfə oxucularımıza Opera və Balet teatrında baş tutan "Françeska da Rimini” baletindən şəkilləri təqdim edirik. 

Xoş seyrlər: 
 












































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM