2017-ci il 1- 22 aprel tarixləri Belçika, Misir, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Meksika, Rumıniya və İsveçrənin Azərbaycandakı Səfirlikləri bir araya gələrək fransız dili və Frankofoniya bayramını qeyd edəcəklər.
Beynəlxalq Frankofoniya Təşkilatının üzv və müşahidəçi ölkələrinin səfirlikləri Frankofoniya həftələri ərzində Bakıda çoxsaylı mədəni tədbirlər təklif edəcəklər.
Beynəlxalq Frankofoniya Təşkilatı fransız dilini və ümumi dəyərləri bölüşən 84 Dövlət və hökumətlərdən (58 üzv və 26 müşahidəçi ölkə) ibarət təşkilatdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !