Bakıda FSB-nin kursantı saxlanıldı

15:28 | 23.01.2018
Bakıda FSB-nin kursantı saxlanıldı

Bakıda FSB-nin kursantı saxlanıldı

Bakıda Rusiya Federal Təhlükəsizlik Xidmətinin kursantı 23 yaşlı Novruz Sanqov saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Azadlıq” radiosunun tacik bölməsi yayıb. Onun Bakıdan Türkiyəyə uçaraq, İŞİD-ə qoşulmaq istədiyi bildirilib. FTX Akademiyasının V kursunda oxuyan kursantın keçən ilin noyabrında həbs edilərək Tacikistana ekstradisiya olunduğu vurğulanıb.

Radio Sanqovun öz günahını etiraf etmədiyini bildirib. Yaxınları Sanqovun Türkiyəyə mədə xəstəliyi və başındakı ağrılardan sağalmaq üçün getmək istədiyini iddia ediblər. Onların iddiasına görə, kursant dəfələrlə məzuniyyət üçün izn istəsə də, icazə verilməyib və sonda o, bu yola əl atıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM