Bakıda gecə klubunda kütləvi dava: Beş yaralı

10:02 | 15.01.2018
Bakıda gecə klubunda kütləvi dava: Beş yaralı

Bakıda gecə klubunda kütləvi dava: Beş yaralı

Gecə saatlarında paytaxtda gənclər arasında kütləvi dava olub. 

Anews.az-ın APA-ya istinadən məlumatına görə, Bakının Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki gecə klublarından birində qeydə alınmış dava zamanı beş nəfərə bıçaqla xəsarət yetirilib.

Mübahisənin qız üstündə yarandığı deyilir. Nəticədə gənclərin mübahisəsi əlbəyaxa davaya çevrilib. 

Bıçaq xəsarətləri alanlar isə 30 yaşlı Əsədova Esmira Telman qızı, 1990-cı il təvəllüdlü Mirzəyeva Türkanə Teymur qızı və 1987-ci il təvəllüdlü Eyvazov Əfqan Həsrət oğludur. 

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına, daha iki nəfər isə özəl klinikalardan birinə çatdırılıb.

İnsidentin təfərrüatlarını Nizami RPİ-nin istintaqçıları araşdırır. Adları açıqlanmasa da, hadisədə artıq üç nəfərin saxlanıldığı bildirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM