Bakıda gecə saatlarında "Ford" iki piyadanı vurdu - Ölən var

21:30 | 05.12.2019
Bakıda gecə saatlarında

Bakıda gecə saatlarında "Ford" iki piyadanı vurdu - Ölən var

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

İdarədən Trend-ə verilən məlumata görə, dekabrın 5-də, saat 00:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektində "Ford” markalı 99-ST-479 dövlət qeydiyyat nişanlı avtomobillə iki nəfər piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə, 1995-ci il təvəllüdlü Samir Əliyev hadisə yerində dünyasını dəyişmiş, digər piyada - 1993-cü il təvəllüdlü Sabit Vəliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bununla yanaşı, ilkin araşdırma zamanı müəyyən edilib ki, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb, yuxarıda adları qeyd olunan şəxslərin avtomobillərin intensiv və yüksək sürətlə hərəkət etdiyi yolu piyadalar üçün nəzərdən tutulmayan yerdən keçməyə cəhd göstərmələri olub.

Təəssüf ki, yolun işıqlandırılmasına baxmayaraq, piyadalar tərəfindən hava şəraitinin və yolda müəyyən edilmiş yüksək sürət həddinin nəzərə alınmaması növbəti dəfə faciəyə yol açıb.

Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edərək, onları sözügedən yol-nəqliyyat hadisənin baş vermə səbəblərindən düzgün nəticə çıxarmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə, ən əsası həm özlərinin, həm də doğmalarının həyatına biganə qalmamağa çağırır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM