Bakıda “Gelandewagen” ağır qəza törədib - VİDEO

09:27 | 28.05.2019
Bakıda “Gelandewagen” ağır qəza törədib -  VİDEO

Bakıda “Gelandewagen” ağır qəza törədib - VİDEO

Binəqədi rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Anews.az ONA-ya istinadən xəbər verir ki, Azadlıq prospektində dairədə  hərəkətdə olan "Mercedes ” markalı minik avtomobili  yol hərəkəti qaydasını pozub. 

Nəticədə, o Azadlıq prospekti ilə hərəkətdə olan  90-KP-804 dövlət nömrə nişanlı "KİA” markalı minik maşınına çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə maddi ziyan dəyib.

Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb olunub.

Hadisənin dəqiq səbəbləri araşdırılır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb