Bakıda gənc doğum günündə qəza törətdi - VİDEO

09:18 | 21.02.2019
Bakıda gənc doğum günündə qəza törətdi - VİDEO

Bakıda gənc doğum günündə qəza törətdi - VİDEO

Gecə saatlarında paytaxtın Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın məlumatına görə, 1980-cı il təvəllüdlü Əhmədov Dunay Oruc oğlu yolu keçmək istəyərkən, 1996-cı il təvəllüdlü sürücü Məmmədov Ramil Vəliyyəddin oğlu tərəfindən avtomobillə vurulub. 

Qeyd edilir ki, Dunay Əhmədov avtomobilinin yanacağı bitdiyindən onu yol kənarında saxlayıb, yolu keçib, yanacaqdoldurma məntəqəsindən yanacaq doldurub. Geri qayıtmaq istədiyində isə onu maşın vurub.

Sürücü piyadanı öz avtomobilinə qoyaraq Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb. D.Əhmədova kəllə beyin travması, çənə və burun sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti ağırdır. 

R.Məmmədovun dediyinə görə, bu gün onun doğum günüdür, 23 yaşı tamam olub. 

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb