Bakıda gənc qız 5-ci mərtəbədən yıxılaraq ölüb

09:32 | 26.03.2020
Bakıda gənc qız ehtiyatsızlığın qurbanı olub.

"Report" xəbər verir ki hadisə Nizami rayonunda qeydə alınıb.

Bəkir Çobanzadə küçəsində 2000-ci il təvəllüdlü Həsənzadə Xədicə Ramiz qızı 5-ci mərtəbədən yıxılıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, X.Həsənzadənin həyatını xilas etmək mümkün olmayıb.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM