Bakıda gənc qızı qrup şəklində zorlayanların aqibəti

20:11 | 13.01.2018
Bakıda gənc qızı qrup şəklində zorlayanların aqibəti

Bakıda gənc qızı qrup şəklində zorlayanların aqibəti

Sabunçu rayonu 14-cü polis bölməsinin əməkdaşları 4 gün əvvəl Bakıda baş vermiş zorlama hadisəsi ilə bağlı Astara sakinini saxlayıblar.
Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata əsasən, 51 yaşlı Maştağa qəsəbəsi sakini polisə müraciət edərək qızının naməlum şəxslər tərəfindən zorlandığını bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tezliklə cinayətkarların izinə düşüblər. Onlardan biri — Zöhrab adlı Astara sakini artıq saxlanılıb.

Onun cinayət ortağı Asif adlı şəxsin tutulması üzrə tədbirlər davam etdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM