Bakıda gənclərin metroda öpüşməsi “Facebook”da gündəm oldu

19:00 | 30.03.2017
Bakıda gənclərin metroda öpüşməsi “Facebook”da gündəm oldu

Bakıda gənclərin metroda öpüşməsi “Facebook”da gündəm oldu

Sosial şəbəkələrdə ötən gündən etibarən "Metroda öpüşmək olarmı?” sualı geniş müzakirə olunur.

ANN.Az baku.ws-ə istinadla xəbər verir ki, bu mövzunun gündəmə gəlməsinə jurnalist Xəqani Səfəroğlunun yazdığı status səbəb olub. Belə ki, jurnalist uşaqları ilə metroya düşdüyünü və xoşagəlməz vəziyyətlə qarşılaşdığını bildirib: 

Jurnalistin bu fikirləri qısa zamanda böyük müzakirələrə səbəb olub. Bəziləri ona haqq qazandırsa da, əks fikirdə olanlar da olub. Bir çox tanınmışlar və ziyalılar da bu məsələyə münasibət bildirib. 

Hüquqşünas Əkrəm Həsənov isə məsələyə hüquqi münasibət bildirib. Onun sözlərinə görə, gəncləri Qərb təcrübəsinə istinadən müdafiə edənlər var: 

"Sadəcə, hüquqşünas olaraq xatırlatmaq istəyirəm ki, konstitusiyamızda elə Qərb hüququndan götürdüyümüz "ictimai əxlaq” məfhumu var. Hətta sərbəst toplaşanda və dini mərasimləri yerinə yetirəndə də ona riayət etmək lazımdır. O da ola ictimai nəqliyyatda yol gedəndə. İctimai əxlaq nədir? Hər bir cəmiyyətin öz ictimai əxlaq normaları var (Qərbin istənilən dövlətində bu normalar qanunda təsbit edilmir, amma məhkəmələr qərar verəndə ona istinad edir, çünki hamıya bəlli bir şeydir!). Bizim normalar erkəklə dişinin hamının gözü qarşısında edə bildiyini bəy və xanıma yasaq edir. Bu baxımdan Xəqani bəyin hərəkəti sərt olsa da, əslində ictimai əxlaqın qorunması idi”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM