Daxili İşlər Nazirliyinin müvafiq qurumları Bakı şəhərində gecələr "fəaliyyət” göstərən cinsi azlıqlara qarşı geniş əməliyyat keçirib.
Yerli saytların bildirdiyinə əsasən, milli-mənəvi dəyərlərin qorunması istiqamətindəki tədbirlər çərçivəsində keçirilən reydlər zamanı son bir həftə ərzində 100-ə yaxın cinsi azlıq nümayəndələri saxlanılıb.
Daxili İşlər Nazirliyindən bu xəbəri Virtualaz.org-a təsdiqləyiblər.
İlkin dindirmə zamanı onların bu virusu başqalarına da yoluxdurduğu məlum olub. Müalicəsi çətin olan virus daşıyıcılarının zərəsizləşdirilməsi üçün müvafiq addımlar atılıb.
Xəbərə görə, polis cinsi azlıqların istifadə etdiyi mənzilləri, toplanış və əyləncə yerlərini, istifadə etdikləri nəqliyyat vasitələrini, onları himayə edən şəxslərin çevrəsini də müəyyənləşdirərək nəzarətə götürüb.
Nazirlikdən bildirildiyinə görə, əməliyyatda Yasamal, Nəsimi, Nərimanov rayon polis idarələrinin əməkdaşları iştirak edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !