8-ci mikrorayonda, Azadlıq prospekti 165 ünvanında KIA Optima markalı maşının üzərinə ağac aşıb.
Hadisə nəticəsində avtomobilin arxa hissəsi əzilib. Daha bir analoji hadisə Süleyman Rəhimov küçəsində qeydə alınıb.
Güclü küləyin təsiri ilə ağac aşıb. Hadisə səhərin erkən saatlarında baş verdiyi üçün xəsarət alan olmayıb.
Qeyd edək ki, Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. (Baku.ws)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !