Bakıda güclü külək ağacı maşının üzərinə aşırdı (VİDEO)

15:42 | 30.06.2019
Bakıda güclü külək ağacı maşının üzərinə aşırdı (VİDEO)

Bakıda güclü külək ağacı maşının üzərinə aşırdı (VİDEO)

Bakıda hazırda müşahidə edilən güclü külək fəsadlara səbəb olub. 


8-ci mikrorayonda, Azadlıq prospekti 165 ünvanında KIA Optima markalı maşının üzərinə ağac aşıb.


Hadisə nəticəsində avtomobilin arxa hissəsi əzilib. Daha bir analoji hadisə Süleyman Rəhimov küçəsində qeydə alınıb. 


Güclü küləyin təsiri ilə ağac aşıb. Hadisə səhərin erkən saatlarında baş verdiyi üçün xəsarət alan olmayıb. 


Qeyd edək ki, Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. (Baku.ws)
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM