Bakıda Gürcüstan xarici işlər naziri Mixeil Canelidze ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilir.
anews.az APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı üçtərəfli görüşü çərçivəsində baş tutub.
Qeyd edək ki, 6-cı üçtərəfli görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri müzakirə olunacaq və sonda "2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !