Bakıda həbsdən çıxan kimi arvadını öldürən Müxalifin məhkəməsi təxirə salındı

10:20 | 21.05.2019
Bakıda həbsdən çıxan kimi arvadını öldürən Müxalifin məhkəməsi təxirə salındı

Bakıda həbsdən çıxan kimi arvadını öldürən Müxalifin məhkəməsi təxirə salındı

Bakıda həyat yoldaşını qətlə yetirməkdə əqsirli bilinən Müxalif Balayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

"Ölkə.Az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsindəhakim Rasim Sadıxovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi may ayının 24-nə təyin olunub.

İttihama görə, hadisə bu il yanvarın əvvəlində paytaxtın Xəzər rayonu ərazisində baş verib.

Rayonun Türkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Müxalif Balayev həyat yoldaşı, 1980-ci il təvəllüdlü Cəmalə Balayeva ilə mübahisə edib.
Mübahisə nəticəsində Müxalif Balayev Cəmalə Balayevanı bıçaqlayaraq qətlə yetirib.

Müxalif Balayev əvvəllər odlu silah gəzdirmə maddəsi ilə məhkumluq həyatı yaşayıb və 2013-cü ildə azadlığa çıxıb.
Saxlanılan şəxs ilkin ifadəsi zamanı həyat yoldaşını bıçaqlamasından danışıb. Onun sözlərinə görə, məhkum olub və həbsdən çıxdıqdan sonra iş tapa bilməyib.
Bu isə ailədə söz-söhbətin yaranmasına səbəb olub.

Hadisə baş verən gün isə, Müxalif içkili vəziyyətdə evə gəlib və Cəmalənin təhqirlərinə dözməyərək mətbəxt bıçağı ilə ona bir neçə zərbə endirib.
Saxlanılan Müxalif Balayev cinayət məcəlləsinin 120.2.4-cü  maddəsi ilə təqsirli bilinir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM