Bakıda həkimlərin öldürdüyü körpə – YENİ TƏFƏRRÜATLAR

18:49 | 16.08.2019
Bakıda həkimlərin öldürdüyü körpə – YENİ TƏFƏRRÜATLAR

Bakıda həkimlərin öldürdüyü körpə – YENİ TƏFƏRRÜATLAR

Baku Medikal Plaza: "Bizdə bütün sübutlar var, hər şey sənədləşdirilib”
Bakıda həkimlər körpə usagı öldürdü – Atası "Baku Medical Plaza”-dan şikayətçidir
Elnur Ağakişiyev: "Klinikanın açqılaması başdan-ayağa uydurmadır”
Bizim Yol Bakıda bəzi xəstəxanaların və bəzi həkimlərin məsuliyyətsizliyi üzündən 2 ay yarımlq uşağın ölümü ilə bağlı atası Elnur Ağakişiyevin şikayətini dərc etmişdi. Elnur Ağakişiyev bir neçə klinikanı və həkimi, o cümlədən, Baku Medikal Plazanı ittiham etmişdi.
Baku Medikal Plaza klinikası bu şikayətlə və saytımızda yayımlanan yazı ilə bağlı redaksiyamıza yazılı açıqlama göndərib. Həmin açıqlamada deyilir:
"Atilla Ağakişiyev klinikamıza gecə saatlarında ağır vəziyyətdə gətirilib. Növbətçi həkimlər tərəfindən tibbi protokola uyğun olaraq ilkin tibbi yardım (damar yolu açılıb, monitora qoşulub, maye köçürülüb) göstərildikdən sonra ailə yatışdan imtina edərək uşağı xəstəxanadan aparmaq istəyib. Lakin həkimlərimiz buna icazə verməyərək uşağın köçürülməsi üçün Qarayev adına 2 saylı uşaq xəstəxanasına müraciət ediblər. Oradan bildirilib ki, uşaq qeydiyyatı üzrə 3 saylı Uşaq klinikasına köçürülməlidir. Daha sonra növbətçi həkim 3 saylı Uşaq klinik xəstəxanasının baş həkimi ilə şəxsən əlaqə saxlayaraq məlumat verdikdən sonra uşaq 103 çağırış xidməti ilə rəsmi qaydada həmin xəstəxanaya köçürülüb.
Uşağın ölümünün klinikamızda baş vermədiyi halda oxucuların diqqətini çəkmək üçün həqiqətə uyğun olmayan formada sensasion xarakterli başlıqla yazılması birbaşa klinikamıza qarşı olan qərəzin göstəricisidr. Yazılanların əksinə olaraq klinikamız uşağa ilkin olaraq bütün ilkin tibbi yardımları göstərib. Klinikamız özəl tibb müəssisəsi olduğu üçün xidmətlər ödənişlidir və xəstələrin bu xidmətlərdən imtina etmək hüquqları vardır. Və yazıda qeyd olunduğu kimi kassaya 600 manat deyil, 70 manat ödəniş edilib. Ailə yatışdan imtina etdiyi üçün digər xəstəxana ilə danışıq aparılaraq vəziyyət barədə məlumatlandırıldıqdan sonra rəsmi qaydada köçürmə prosesi həyata keçirilib”.
Baku Medikal Plaza klinikasının baş verən məlum ölüm hadisəsi ilə bağlı açıqlamasına Elnur Ağakişiyevin də münasibətini öyrəndik.
Elnur Ağakişiyev Bizim Yol-a verdiyi açıqlamasında dedi: "Bu məlumat başdan ayağa uydurmadır. Baku Medical Plazanın savadsız və pulgir kollektivi yalan danışmağa davam edir. Uşaq xəstəxanaya daxil olan kimi ödənişlə həkim qəbulu və sidiyə çıxmayan uşağa ödənişlə sistem köçürülüb. İlk olaraq uşağın yatırılması üçün 600 manat depozit istənilib. Bununla razılaşdıq , daha sonra uşağın vəziyyətinin ağır olduğunu bildirərək , reanimasiya şöbəsinə yatırılmalı olduğunu dedilər. Bunun üçün də ayrıca məbləğ – 3000 manat depozit istədilər. Biz bu məbləğlə də razılaşdıq, gecə olduğu üçün səhərə yaxın pulu verə biləcəyimizi bildirdik, lakin razılaşmadılar. Yalvardıq, xahiş etdik ki uşaq burdan çıxsa, oksigen aparatından ayrılsa, öləcək. Dedilər ki, rəhbərlik qoymur. "Allah kömək olsun” deyərək, uşağı ölümə tərk etdilər. Təcili yardım da vəziyyəti ağırdır deyə aparmırdı. Məcbur ərizə yazaraq tam şəraitsiz bir yer olan Respublika uşaq klinik xəstəxanasına aparıldı. Sidiyə çıxmayan uşağa katetr qoşulmadan sistem köçürülməsi də həkim səhvi idi. Bu 3 saylı uşaq poliklinikasında öz təsdiqini tapdı.”
Agakişiyev daha sonra əlavə etdi ki, 600 manat ödəniş olunmayıb, o, bu məbləği ödəməyə razılaşıb, lakin sonra 3000 manat istəyiblər: "Mən demişəm ki, razıyam. 600 manat ödəyim, qalan hissəsini şəhər ödəyərəm. Kassaya ödəniş həkim və sistem pulu olub, uşaq qucağımda qaçarkən istəyiblər”.
Bizim Yol olaraq təkrar Baku Medikal Plaza Klinikasının Marketinq rəhbəri Aysel Rzayeva ilə əlaqə saxladıq.
Aysel Rzayeva Elnur Ağakişiyevin düz danışmadığını dedi:
" Ö özü qol çəkib, məsuliyyəti öz üzərinə götürüb, usagı xəstəxanadan çıxarıb. Bizdə hər şey rəsmidir, sənədlədləşdirilir. Hər şeyin sübutu da bizdə var. O, şıkayətçidir, elə deyəcək. Amma bizim sizə açıqlamada yazdıqlarımızın sübutu da var. İstəsəniz, yaxınlaşa da bilərsiniz. Başqa yerlərin heç biri o körpənin vəziyyəti ağır olduğu üçün götürməyib. Özü saxlamaq istəməyib. Qarayev xəstəxanası ilə də bizim həkimlərimiz danışıb, vəziyyəti başa salıblar. Ora da boş-boşuna getməyiblər. 103 xidmət maşını ilə gediblər”.
Qeyd edək ki, Baku Medikal Plaza Klinikası bizə göndərdiyi yazılı açıqlamada saytımızı "oxucuların diqqətini çəkmək məqsədilə”, "sensasion xarakterli” və "qərəzli” məlumat yaymaqda günahlandırmağa çalışır. Bununla bağlı onu deyə bilərik ki, ortada həkim səhvindən və klinikaların məsuliyyətsizliyindən dünyasını dəyişmiş bir körpənin yarımçıq qalmış ömrü – ölüm faktı var. Və bunu biz uydurmamışıq; körpənin valideyni rəsmən şikayət edir. Biz də KİV haqqında qanunvericiliyə uyğun olaraq həm Elnur Ağakişiyevin şikayətini, həm də Baku Medikal Plaza-nın cavabını, eləcə də, təkrar açıqlamalarını dərc etdik. Burda hansı qərəzdən söhbət gedir?! Tutaq ki, hətta sensasiya axtarmışıq. Bizim sensasiya axtarmağımız cinayətdir, ya klinikaların və həkimlərin günahı üzündən körpənin ölümü?! Bizim "sensasiya axtarmağımız” insanların ölümünə səbəb olan məsuliyyətsizliyin qarşısını almağa kömək etməkdir. Ölümə səbəb olanlar daha çox məsuliyyət daşımalıdır, yoxsa bundan sonra ola biləcək ölümlərin qarşısını almağa çalışan mətbuat?! Baku Medikal Plaza Klinikası ona qarşı irəli sürülən iddiaları araşdırmaq, səhvlər varsa, düzəltmək, günahkarlar varsa, ədalət mühakiməsinə təqdim etmək əvəzinə bizim yazdıqlarımızda "sensasiya”, "qərəz” axtarmaqla məşğuldur. Bunun özü məsuliyyətsiz yanaşmanın göstəricisidir. Biz prokurorluq orqanı deyilik; ölüm hadisəsini stintaq orqanı araşdırır və hüquqi qiymət verir. Bizim üzərimizə düşən jurnalist araşdırması aparıb günahkarları aşkara çıxarmaqda yardımçı olmaq və onların ən azı mənəvi məsuliyyət daşımasına nail olmaqdır. Ortada qərəz varsa, onu Baku Medikal Plaza bizə qarşı göstərib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb