Bakıda iki avtomobil toqquşdu: xəsarət alanlar var - VİDEO

12:54 | 18.07.2019
Bakıda iki avtomobil toqquşdu: xəsarət alanlar var - VİDEO

Bakıda iki avtomobil toqquşdu: xəsarət alanlar var - VİDEO

Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub.
 
Anews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə metronun "Gənclik" stansiyasının yaxınlığında baş verib. 27 yaşlı Rəhimov Kənan Zöhrab oğlunun F.Xoyski küçəsilə idarə etdiyi "Peugeot" markalı minik avtomobili yol hərəkəti qaydasını pozaraq əks yola çıxıb və "Niva" markalı avtomobillə toqquşub. Nəticədə "Peugeot"nun sürücüsü K.Rəhimov və "Niva"nın adı hələlik bəlli olmayan sürücüsü xəsarət alıb.
 
Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib. İkinci sürücünün vəziyyəti daha ağırdır. Əraziyə Nərimanov Rayon Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. YPX əməkdaşları ərazidə başqa hadisənin baş verməməsi üçün tədbirlər görüb.
Faktla bağlı araşdırmalar aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM