Bakıda iki evdə yanğın olub

19:03 | 16.10.2024
Bakıda iki evdə yanğın olub

Bakıda iki evdə yanğın olub

Bakı şəhərinin Nizami rayonunda iki evdə yanğın olub.Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 9 paq.m mebel, 3 ədəd məişət avadanlığı və evə bitişik, ümumi sahəsi 54 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün taxta atmaları 45 m² sahədə yanıb.

Hər iki evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM