Bakıda iki marşrut xəttinin istiqaməti dəyişdiriləcək

23:44 | 04.11.2019
Bakıda təmir işi ilə əlaqədar iki marşrut xəttinin hərəkət istiqaməti dəyişdiriləcək. 
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, dəyişiklik Abbasqulu Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olacaq.  

Bununla bağlı 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək. 
3 nömrəli marşrut Parlament prospekti - İzzət Nəbiyev küçəsi - Mikayıl Müşfiq küçəsi, daha sonra öz xətti üzrə hərəkət edəcək. 
31 nömrəli marşrut isə "İçərişəhər” metro stansiyası istiqamətində Badamdar şosesi - Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə, Badamdar qəsəbəsi istiqamətində Mikayıl Müşfiq küçəsi - Badamdar şosesi daha sonra öz xətti üzrə işləyəcək. 

www.anews.az
loading...