Bakıda ikimərtəbəli evdə yanğın olub

17:27 | 22.01.2022
Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 250 m² (hər mərtəbəsi 125 m²) olan ikimərtəbəli evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 25 m² sahədə yanıb.
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM