Bakıda “İlaxır çərşənbə” təntənəli şəkildə qeyd olunacaq

17:15 | 10.03.2017
Bakıda “İlaxır çərşənbə” təntənəli şəkildə qeyd olunacaq

Bakıda “İlaxır çərşənbə” təntənəli şəkildə qeyd olunacaq

Bakı Şəhər İcra Hakimiyyəti Novruz bayramını - "İlaxır çərşənbə” gününü təntənəli şəkildə təşkil edəcək.

İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, martın 14-də saat 09:30-da metronun "İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının arasındakı sahədə - qala divarları önündə toplaşaraq Novruz personajları – Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər faytonların müşayiəti ilə böyük bayram karvanı Suraxanı "Atəşgah”ına yola düşəcək.

Bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq İstiqlaliyyət küçəsi, Beşmərtəbə dairəsi, Heydər Əliyev Sarayının yanından keçməklə, metronun "Sahil" stansiyası, Hökumət evi, Ali Məhkəmənin qarşısından hərəkət edib Heydər Əliyev prospektinə çıxacaq və metronun "Koroğlu” stansiyasından Hava limanı avtomagistralı ilə hərəkət etməklə Suraxanı "Atəşgahı”na istiqamətlənəcək.

Atəşgahdan od götürən Bayram karvanı geriyə qayıdaraq Hava limanı avtomagistralı, Heydər Əliyev prospekti, 28 May küçəsini keçərək Heydər Əliyev Sarayının arxasından keçməklə Fəvvarələr meydanından Gənclər meydanına gələrək Bayram tonqalı alovlandırılacaq və Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19:00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olacaq.

Bakı Şəhər İcra Hakimiyyəti Bakı sakinlərini, şəhərimizin qonaqlarını və xalqımızı Novruz bayramı münasibətilə təbrik edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti