Bakıda “Instagram”da canlı yayım edən şəxs qəzaya düşüb öldü — ANBAAN VİDEO

22:20 | 08.05.2020
Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo” xəbər verir ki, Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Bakı şəhər sakini Fəxri Quliyev idarə etdiyi "Hyundai” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 
Bildirilir ki, bu zaman sürücü "Instagram”da canlı yayımda imiş. 
 
Hadisə ilə bağlı təhqiqat aparılır.
 
Qəzanın görüntülərini təqdim edirik:




www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM