Bakıda it 3 yaşlı uşağın qulağını qopartdı

09:40 | 08.05.2017
Bakıda it 3 yaşlı uşağın qulağını qopartdı

Bakıda it 3 yaşlı uşağın qulağını qopartdı

Bakıda 3 yaşlı uşağın qulağını it dişləyərək qoparıb. İstiPress-in "report"a istinadla verdiyi məlumata görə, hadisə Binəqədi rayonunda, Binəqədi qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Binəqədi qəsəbəsinə qonaqlıq məclisinə gedən ailə azyaşlı övladı, 2014-cü il təvəllüdlü Babayeva Fəridə Fərid qızını həyətdə nəzarətsiz qoyub. Bu zaman həyətdəki it F. Babayevanın qulağını dişləyərək qoparıb.

Azyaşlı təcili xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib. F.Babayevanın vəziyyəti orta-ağır qiymətləndirilir.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM