Bakıda itkin düşən oğlan oteldə tapıldı

21:00 | 20.02.2020
Bakıda itkin düşən oğlan oteldə tapıldı

Bakıda itkin düşən oğlan oteldə tapıldı

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayon sakini, 1991-ci il təvəllüdlü N.Əliyevin yeri müəyyən olunaraq ailəsinə təhvil verilib.
 
Pravda.az-ın xəbərinə görə, bu barədə BŞBPİ-nin Mətbuat xidmətindən bildirilib.
 
Məlumata görə, N.Əliyev paytaxtda fəaliyyət göstərən otellərdən birində aşkarlanıb, hər hansı hüquqazidd əmələ məruz qalmayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb