Bakıda jurnalistin oğlunu it dişlədi - Fotolar

08:55 | 13.06.2019
Bakıda parkların birində daha bir uşaq itin hücumuna məruz qalıb.
Anews.az "Qafqazinfo” ya istinadan xəbər verir ki, itin hücumuna məruz qalan "Publika.az” saytının əməkdaşı, jurnalist Asif Nərimanlının oğludur. Bu barədə jurnalist özü sosial şəbəkədə məlumat yayıb:
"Bu gün parkda it oğluma hücum edib, qolunu dişləyib. Anası uşağı qurtarmaq üçün çantanı itin üstünə atanda, itin sahibləri hücum çəkib ki, bizim itə niyə hücum edirsiniz. Fotodan da göründüyü kimi itin "ağızlığı” yoxdur, halbuki, ictimai yerlərdə iti belə gəzdirmək qanunla qadağandır. Bunlarsa deyir ki, gedin kimə şikayət edirsiniz edin. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik”.

A.Nərimanlı bildirib ki, itin sahibləri xanımına və uşağa qarşı da kobudluq ediblər:
 "Şükür ki, uşaq ciddi xəsarət almayıb, yenə də həkimə müraciət edəcəyik. Təəssüf ki, belə adamlarla eyni cəmiyyətdə yaşayırıq”.


www.anews.az
loading...

Xəbər lenti