Bakıda kafedə yanğın olub

23:11 | 06.06.2024
Bakıda kafedə yanğın olub

Bakıda kafedə yanğın olub

Bakının Binəqədi rayonunda yerləşən kafelərdən birində yanğın olub.Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 100 m² olan taxta konstuksiyalardan ibarət kafenin yanar konstruksiyaları 55 m² sahədə və içərisində 1 ədəd televizor yanıb.

Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 30 m² sahədə və 1 ədəd su qızıdırıcısı əriyib.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM