• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda "Kalaşnikov"la gəzən şəxs saxlanılıb

Bakıda "Kalaşnikov"la gəzən şəxs saxlanılıb
16.01.2023 20:30
Maştağa sakinindən 3 kq heroin, Bilgəh sakinindən "Kalaşnikov” götürülüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azad Aslanov saxlanılıb. Onun üzərindən və Maştağa qəsəbəsində yerləşən evindən 3 kiloqrama yaxın heroin aşkar olunub. Azad Aslanov narkotk vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.
 
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat zamanı idarə etdiyi avtomobildə qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs tutulub. Əməliyyat zamanı Rəşad Rəşidov Bilgəh qəsəbəsi ərazisində saxlanılıb və onun idarə etdiyi "VAZ 21014” markalı avtomobilə baxış keçirilib. Nəqliyyat vasitəsinin yük yerindən həmin şəxsə məxsus 1 ədəd "Kalaşnikov” markalı avtomat, sandıqça və 3 ədəd patron aşkar olunub.
 
Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MİDA mindən çox güzəştli mənzili satışa çıxarır- Qiymətlər
Cəmiyyət 09:25
MİDA mindən çox güzəştli mənzili satışa çıxarır- Qiymətlər
Gəncədə itkin düşən 84 yaşlı kişinin meyiti Göygöldə tapılıb
Cəmiyyət 21:57
Gəncədə itkin düşən 84 yaşlı kişinin meyiti Göygöldə tapılıb
Leyla və Alyona Əliyevalar Sıfır Tullantı Muzeyinin açılışında
Cəmiyyət 21:07
Leyla və Alyona Əliyevalar Sıfır Tullantı Muzeyinin açılışında
Əli Əhmədovun yerinə Teymur Musayev təyin edilib
Cəmiyyət 15:24
Əli Əhmədovun yerinə Teymur Musayev təyin edilib
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
Cəmiyyət 14:54
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
10 ayda istehlakçılara geri qaytarlıan ƏDV-nin məbləği açıqlanıb
Cəmiyyət 14:39
10 ayda istehlakçılara geri qaytarlıan ƏDV-nin məbləği açıqlanıb
Yaponiyada quş qripi xəbərdarlığı - 200 min toyuq məhv ediləcək
Cəmiyyət 14:24
Yaponiyada quş qripi xəbərdarlığı - 200 min toyuq məhv ediləcək
DİN və ETSN birgə əməliyyat keçirdi - 150 illik ağacları kəsənlər tutuldu
Baku 2015 13:03
DİN və ETSN birgə əməliyyat keçirdi - 150 illik ağacları kəsənlər tutuldu
Azərbaycanda din xadimlərinin ən azı üçdə birinin dini təhsili yoxdur
Cəmiyyət 12:58
Azərbaycanda din xadimlərinin ən azı üçdə birinin dini təhsili yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol