Bakıda karantində saxlanılan vətəndaşlar BAXIMSIZLIQDAN dilə gəldilər - VİDEO

23:47 | 01.04.2020
Bakıda karantində saxlanılan vətəndaşlar BAXIMSIZLIQDAN dilə gəldilər - VİDEO

Bakıda karantində saxlanılan vətəndaşlar BAXIMSIZLIQDAN dilə gəldilər - VİDEO

Koronavirus pandemiyasına görə, karantində saxlanılan vətəndaşlar onlarla bağlı karantin qaydalarına riayət edilmədiyindən şikayətlənir. Onlar bununla bağlı narazılıqlarını ifadə edən videomaterialla sosial şəbəkədə bölüşüblər. Vətəndaşların sosial şəbəkədə qoyduqları postdan hadisənin Tusi adına xəstəxanada baş verdiyini ehtimal etmək olur. 
 
Uyğun təşkilatlar hələlik videoya münasibət bildirməyib. Ümid edirik ki, məsələ tezlklə  araşdırılacaq, günahkarlar cəzalanacaq və vətəndaşlar ciddi karantin şəraitinə alınacaqlar. 
 

 
Ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 328  nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinli orta ağır  qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılmışdır.
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb