• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Bakıda keçiriləcək "Formula 1" yarışının biletləri satışa çıxarılıb

Bakıda keçiriləcək
02.09.2024 20:33
Sentyabrın 13-dən 15-dək keçiriləcək "Formula 1" Qatar Airways Azərbaycan Qran Prisi 2024 üçün "Fan Zona Biletiləri” və” Konsert Biletləri” satışa çıxarılıb.

Hər il yenilənən əyləncə zonasındakı bulvar səhnəsində canlı musiqi performansları, müxtəlif zonalarda qurulmuş oyunlar, simulyatorlar, virtual reallıq təcrübələri, rəqslər yarış həftəsonunda fanatlara əsl festival ab-havası bəxş edəcək.

Azarkeşlər "Formula 1"-in bütün aktivasiyalarını bu il Fan Zonada görə biləcək, Fan Forumda pilotları və onların komandalarını izləmək fürsəti əldə edəcəklər.

Foto həvəskarları üçün quraşdırılmış iri "Formula 1" dekorasiyaları, retro maşınların sərgisi, canlı heykəllər, "selfie” zonalar ən yaddaqalan kadrlar çəkmək üçün mükəmməl fürsət təqdim edir.

Əyləncə zonasında böyüklərlə yanaşı, uşaqlar üçün də müxtəlif növ oyunlar və fəaliyyətlər təklif olunur.
Həmçinin, bu gündən etibarən yarış həftəsində baş tutacaq konsert proqramlarına ayrıca biletlərin satışına start verilib.

13-14 sentyabr tarixlərində keçiriləcək möhtəşəm konsertlərdə, musiqi dünyasının ən böyük ulduzları Uill Smit, Black Coffee və J Balvin çıxış edəcək.

"Formula 1" Azərbaycan Qran Prisinin möhtəşəm atmosferini yaşamaq və həyacanını birbaşa hiss etmək istəyənlər, "Fan Zona Bileti” və "Konsert Biletləri”ni əldə edə bilərlər. Biletləri Bakı Şəhər Halqasın-ın rəsmi veb saytından və ya mobil tətbiqindən əldə etmək mümkündür.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:01
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
“Şəki” restoranı sökülür - Video
Cəmiyyət 19:23
“Şəki” restoranı sökülür - Video
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Cəmiyyət 18:22
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Cəmiyyət 17:30
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Cəmiyyət 15:23
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 14:04
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Güzdəkdə sexdə yanğın baş verib
Cəmiyyət 13:45
Güzdəkdə sexdə yanğın baş verib
Sabahın hava proqnozu
Cəmiyyət 12:25
Sabahın hava proqnozu
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - Video
Cəmiyyət 12:10
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol